إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə Məhəmməd Peyğəmbərin (s) mövlud gününə həsr olunmuş konfrans keçirilib (FOTO)

Gürcüstanın paytaxtı Tbilisidə “İslam Peyğəmbərinin (s) örnək ictimai həyatı və ümmətə tapşırığı ” mövzusunda konfrans keçirilib.

Ahlibeyt.az xəbər verir ki, “Alulbeyt” Mərkəzində oktyabrın 12-də təşkil olunan konfransda Azərbaycan, Türkiyə və İran İslam Respublikası səfirliyinin nümayəndələri, din, elm və ictimaiyyət xadimləri iştirak edib.

Əziz Peyğəmbərimizn (s) mövlud həftəsinə həsr olunmuş konfransda Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, BGMİnin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Hacı Adəm Şantadza, Azərbaycan Respublikası səfirliyinin müşaviri Eldar Bayramov, Türkiyə səfirliyinin din işləri üzrə müşaviri Hacı Ahmed Erdem, Beynəlxalq Almusta Universitetinin nümayəndəsi Hacı Həsən Yusfzadə və başqaları mövzu ətrafında çıxış ediblər.

Hacı Rahid Kərimovun Qurani-Kərimdən ayələrin tilavətindən sonra açıq elan olunan konfransda İnsanlığa nümunə olaraq təqdim olunan əziz Peyğəmbərimizn (s) ictimai həyat tərzi, ailədə, ümmət arasında və qeyri müsəlmanlarla münasibətdə örnək rəftar və davranışı haqda danışılıb. Həzrətin (s) ümmətə vəhdət haqda tapşırığı və ümmətinin gələcəyi ilə bağlı nigarançılıqları barədə ətraflı məlumatlar verilib.

Konfrans iştirakçılarına Azərbaycanca Qurani-Kərimin tərcüməsi, İslam dini və Peyğəmbərimizdən bəhs edən kitablar hədiyyə olunub.

Qeyd edək ki, Həzrət Məhəmmədin doğum günü müsəlmanlar arasında bayram kimi qəməri təqvimi ilə Rəbbiül əvvəl ayının 12-si və 17-si qeyd olunur. Bu iki tarix arasındakı müddət müsəlmanlar arasında Vəhdət həftəsi adlanır.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2022  12:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!