|
|
Gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsi elan edilirAzərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatları üçün 16-cı qrant müsabiqəsi çərçivəsində yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir. Ahlibeyt.az-ın xəbərinə görə, Gənclər Fondundan mətbuata veriləm açıqlamada bildirilib ki, müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdan ibarətdir. Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində maliyyələşdiriləcək yerli və beynəlxalq miqyaslı layihə təklifləri üçün Fond tərəfindən prioritet istiqamətlər müəyyənləşdirilib. Müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2022-ci il 6 iyul tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədən kənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır. 16-cı qrant müsabiqəsi, eləcə də layihələrin maliyyələşdirilməsi barədə ətraflı məlumatlar Fondun veb-səhifəsində yerləşdirilib. Azərbaycan Respublikasının Gənclər Fondu gənclər təşkilatlarını 2022-ci il oktyabrın 21-nə kimi layihə təkliflərini təqdim etməyə dəvət edir. Qrant müsabiqəsinə qatılmaq arzusunda olan gənclər təşkilatları layihə təkliflərini Gənclər Fondunun rəsmi saytının “Elektron xidmət” bölməsi vasitəsilə təqdim edə bilərlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2022 11:24 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |