|
|
Milli İncəsənət Muzeyi “Açıq qapı” günləri elan edibAzərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF Azərbaycanın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” sərgisi çərçivəsində 9 - 30 oktyabr 2022-ci il tarixlərində “Açıq qapı” günləri elan edilir. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında bildirilib. Sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakter daşıyır. Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırki iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən eksponatlar nümayiş etdirilir. Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2022 11:33 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |