إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bir sıra müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasimləri keçirilib (VİDEO)

İslam tarixi mənbələrində Həzrət Məhəmmədin doğum günü qəməri təqvimi ilə Rəbbiül əvvəl ayının 12-si və 17-si qeyd olunur. “Vəhdət həftəsi” artıq başlayıb və bir sıra müsəlman ölkələrində ənənəvi mövlud tədbirləri və mərasimlər keçirilir.

Bir sıra müsəlman ölkələri Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasimlərinin şahidi olub. Rəbiul-əvvəl ayının 12-ni əksər müsəlman ölkələri mövlud mərasimi keçirir. Bu mövlud mərasimi bəzən bir neçə gün davam edir.

Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, son iki gün Yəmənin paytaxtı Səna şəhəri də daxil olmaqla ölkənin əksər əyalətləri Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasiminin şahidi olub.

Yüz minlərlə insan Səna şəhərində Səbin meydanına çıxaraq aləmlərə rəhmət olan, bəşərin ən fəzilətlisi Məhəmməd Peyğəmbərə (s) mövlud keçiriblər.

Yəmənin Səda, əl-Hudeyda, Zimar, Dale, əl-Mihvit, Həcca, Rima, əl-Couf, Təiz, əl-Bəyda, Şəbva, İbb, Mərib, əl-Əmran və sair əyalətləri izdihamlı mövlud mərasimlərinə şahidlik edib.

İraqın şimalında Kürdüstan Regional Hökumətinin inzibati mərkəzi Ərbil, Suriya paytaxtı Dəməşq, Livan, Əlcəzair, Fələstində də Məhəmməd Peyğəmbərin (s) şəninə mövlud mərasimləri keçirilib.

Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s. mövludu rəbiul-əvvəl ayının 12-i və ya 17-ə təsadüf edir. Bu iki günün təsadüf etdiyi həfəyə vəhdət və birlik həftəsi də deyilir. Məhəmməd Peyğəmbər (s) birləşdirici və vəhdət yaradan mübarək varlıq olduğundan müsəlman aləmi belə bir günləri xüsusi şəkildə qeyd etməyi özünə borc bilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Oktyabr, 2022  09:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!