إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Dohada “Bayraq Plaza” meydanında Azərbaycan mədəniyyəti, musiqisi, adət-ənənələri, turizm məkanları və təbiəti haqqında məlumatlar yerləşdirilib

“Bayraq Plaza”nın açılış mərasimində Qətər Silahlı Qüvvələrinin orkestri çıxış edib, daha sonra Qətərdə akkreditə olunmuş 119 ölkənin, o cümlədən də Azərbaycan Respublikasının bayrağı qaldırılıb.

Ahlibeyt.az Oxu.az-a istinadən xəbər verir ki, Qətərin paytaxtı Dohada “Bayraq Plaza”nın açılış mərasimi keçirilib.

Mərasimdə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi altında, Qətər Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd bin Casim bin Həməd Al Tani, Qətər Muzeyləri Birliyinin sədri Şeyxa Əl Mayassa bint Hamad bin Xalifa Al Tani, gənclər və idman naziri Salah bin Xanim Al Ali və Qətərdə akkreditə olunan xarici ölkə diplomatik nümayəndəliklərinin rəhbərləri, eyni zamanda Azərbaycan Respublikasının səfiri Rəşad İsmayılov iştirak ediblər.

“Bayraq Plaza”nın açılış mərasimində Qətər Silahlı Qüvvələrinin orkestri çıxış edib, daha sonra Qətərdə akkreditə olunmuş 119 ölkənin, o cümlədən də Azərbaycan Respublikasının bayrağı qaldırılıb.

“Bayraq Plaza” meydanında Azərbaycan Respublikası üçün ayrılmış stenddə ölkəmiz haqqında qısa məlumatlar: üçrəngli bayraq, ölkə əhalisi, ərazisi, rəsmi dil və Azərbaycana xas olan heyvan növü (Qarabağ atları) haqqında məlumat yerləşdirilib.

Həmçinin, “Bayraq Plaza” meydanı ərazisində quraşdırılmış böyük monitorlarda Azərbaycanın mədəniyyəti, musiqisi, adət-ənənələri, turizm məkanları və təbiəti haqqında videoçarx nümayiş etdiriləcək.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Oktyabr, 2022  08:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!