|
• DünyadaHusilər Yəməndə atəşkəs müddətinin bitdiyini elan ediblərHusilər irəli sürülən şərtlərə əməl edilmədiyi üçün növbəti dəfə atəşkəs rejiminin müddətini artırmağa razılaşmadıqlarını elan ediblər. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews xəbər verir ki, bu barədə Yəmənin Ali Siyasi Şurasının (husilər) tanınmış üzvü Məhəmməd Əli əl-Husi tvitter səhifəsində yazıb. O, bildirib ki, atəşkəsin müddəti üçüncü dəfə artırılmayıb. Həmçinin mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlıq Qüvvələrinin mətbuat katibi Yəhya Səri ölkəyə hərbi müdaxilə edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində olan xarici şirkətləri buranı tərk etməyə çağırıb. Məlumata görə artıq Yəmənin Təiz əyalətində döyüşlər başlayıb. Husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti” atəşkəsə getmədiyini səbəbini açıqlayıb. Bildirilib ki, bundan öncəki atəşkəslərdə limanların açılması, hava limanlarından vəd edilmiş uçuşların baş tutmaması, yanacaq tankerlərinin Yəmənə buraxılmasına mane yaratmaq, maaşların ödənilməməsi və sair atəşkəsin uzadılmamasına səbəb olub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Oktyabr, 2022 09:26 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |