|
• Dünyadaİstanbul 2023-cü il üçün Türk Dünyasının Gənclik Paytaxtı elan edilibİstanbul 2023-cü il üçün Türk Dünyasının Gənclik Paytaxtı elan edilib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu Bursada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin VI toplantısında bildirib. Toplantı IV Dünya Köçəri Oyunları çərçivəsində keçirilib. Mehmet Muharrem Kasapoğlu İstanbulun Gənclik Paytaxtı adını qürurla daşıyacağından, Türk dünyası gəncləri arasında həmrəyliyin daha da güclənməsindən, eləcə də əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə vəsilə olacağından əminliyini ifadə edib. TDT-nin gənclər və idman nazirlərinin 6-cı Toplantısında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev, eləcə də Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstanın idman və gənclər nazirləri iştirak ediblər. Qeyd edək ki, bundan əvvəl “Türk Dünyasının Gənclik Paytaxtı” adını Özbəkistanın Buxara şəhəri daşıyıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Oktyabr, 2022 08:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |