|
• DünyadaRusiya XİN: Moskva qeyri-regional oyunçuların Cənubi Qafqazda sabitliyi pozmaq cəhdlərini görür
Rusiya bir sıra qeyri-regional oyunçuların Ukraynadakı qeyri-sabitliyin Cənubi Qafqaz regionuna gətirilməsinə cəhdlər etdiyini görür. Ahlibeyt.azın məlumatına görə, APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, bir sıra regiondan kənar oyunçuların Ukraynadakı qeyri-sabitliyin təkcə Cənubi Qafqaz regionuna deyil, postsovet məkanın digər hissəsinə gətirilməsinə cəhdlər etdiyini vurğulayıb: “Bütün postsovet məkanında vəziyyəti destabilləşdirmək üçün hansı cəhdlərin edildiyini görürsünüz. Bu, əlbəttə ki, olduqca destruktiv və olduqca təhlükəli xətdir. Öz tərəfimizdən biz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin de-eskalasiyası üçün enerjili səyləri davam etdiririk. Moskva həm Bakı, həm də İrəvanla təmasdadır. Müvafiq addımlar KTMT xətti ilə də atılır. Əlbəttə ki, dayanıqlı atəşkəs rejiminin təmin olunması və bütün qüvvələrin əvvəlki mövqelərə çəkilməsi vacibdir. Bəli, biz həqiqətən də görürük ki, bir sıra qeyri-regional oyunçular mövcuddur ki, hansı ki, sülh razılaşmalarını reallaşdırmaq istəyirdilər. Prinsipcə, biz paxıl deyilik. Hər zaman uğurları bölüşməyə hazırıq. Lakin hazırda biz başqa tendensiyası görürük. Onlar bu razılaşmaların reallaşması təkərinə çomaq soxmağa cəhd edirlər. Bu isə artıq ciddi məsələdir. Əvvəlki kimi hesab edirik ki, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli razılaşmaların bütün bəndlərinin tam şəkildə icra edilməsindədir. Hazırkı vəziyyətdə regionda iqtisadi, nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin razılaşdırılması daxil olmaqla bütün treklərdə işin aktivləşdirilməsini vacib hesab edirik. Biz əldə olunan razılaşmaların reallaşmasına diqqəti cəmləmişik”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Sentyabr, 2022 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |