|
• DünyadaQMİ sədri ilə Roma Papası Qazaxıstanda görüşə bilərQMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda keçiriləcək Dünya və Ənənəvi Dini Liderlərin VII Qurultayına dəvət alıb. Ahlibeyt.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri Gündüz Babayev APA-nın sorğusuna cavab olaraq bildirib. “Şeyxülislam Allahşükür Paşazadə Qurultayın Katibliyinin üzvü kimi tədbirə dəvət alıb”. Məlumatda bildirilib ki, Roma Papası Fransisk də Qurultayda iştirak edəcək. Gündüz Babayev QMİ sədri ilə Roma Papasının görüşüb-görüşməyəcəyinə da aydınlıq gətirib: "Qazaxıstanda Şeyxülislam Allahşükür Paşazadə ilə Roma Papasının görüşünün olub-olmayacağı hələ elan edilməyib. Bununla Roma papasının protokolu məşğuldur”. Bu il yanvarın 13-də Vatikanda Roma Papası ilə Şeyxülislam Allahşükür Paşazadənin görüşündə Vatikan nümayəndə heyətinin Qarabağa səfəri ilə bağlı razılığa gəlinmişdi. QMİ sədri ilə Roma Papasının Qazaxıstanda görüşü baş tutarsa, bu məsələnin müzakirə olunmasına gəldikdə, Gündüz Babayev deyib ki, Vatikan heyəti Qarabağa səfər üçün dəvət olunub, lakin şəxsən Papaya bu barədə müraciət olmayıb: “Roma Papası həvari ziyarətləri edir, dövlətlərin paytaxtlarına gedir çox vaxt. Bu səbəbdən yalnız Vatikan heyəti dəvət olunub”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Avqust, 2022 10:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |