|
|
Laçın şəhəri, Zabux və Susda minaların aşkarlanmasına başlanılıbLaçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tədbirlər icra edilir. Ahlibeyt.az-ın Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir. Həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2022 11:42 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |