|
|
Laçın şəhəri, Zabux və Sus kəndlərində hərbi polisin xidməti fəaliyyəti təşkil edilib - VİDEOAzərbaycan Ordusunun hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil edilib. Ahlibeyt.az-ın Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, qeyd olunan ərazilərdə hərbi polis tərəfindən təhlükəsizlik fəaliyyətləri həyata keçirilir. Yaşayış məntəqələrində yeni qurulan stasionar və səyyar postlarda sutkalıq xidmət təşkil olunur, buraxılış rejimi, həmçinin xidmət və döyüş növbətçiliyi zamanı hərbi qulluqçular tərəfindən günün nizam qaydalarının yerinə yetirilməsinə nəzarət edilir. Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir, həmçinin kolonların təhlükəsizliyi məqsədilə onlar müşayiət edilir. Bundan əlavə hərbi polisin tabeliyində faəliyyət göstərən Kinologiya Mərkəzində xüsusi təlim keçmiş cins itlərinin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri və qarovul xidmətinin təşkili həyata keçirilir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Avqust, 2022 13:28 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |