إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik”

Mövzu terrorçuluqdursa, Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik.

Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Stoltenberq deyib.

Yens Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə qurulan üçtərəfli mexanizm çərçivəsində Finlandiyada keçirilən görüşü alqışlayıb.

"Burada əsas məsələlərdən biri Türkiyə, İsveç və Finlandiyanın bir araya gələrək terrorla mübarizədə daha yaxından işləyəcəyi mexanizmi yaratmaq idi. Biz bütün müttəfiqlərin təhlükəsizlik narahatlıqlarını başa düşməliyik. Mövzu terrorçuluqdursa, xüsusən Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik, - Stoltenberq deyib.

İsveç və Finlandiya tərəfindən Madriddə razılaşdırılmış məsələlərin davam etdirilməsini alqışlayıram”, - NATO rəhbəri vurğulayıb.

İki ölkənin üzvlüyü üçün tələb olunan ratifikasiyanın NATO-nun müasir tarixinin ən sürətli prosesi kimi vurğulayan Stoltenberq, İsveç və Finlandiyanın alyansa qəbulu ilə bağlı təsdiq prosesinin indiyədək NATO-ya daxil olan 30 müttəfiqdən 23-də tamamlandığını bildirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2022  08:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!