إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Pakistan Məhkəməsi İmran Xanın saxlanılması tələbini qəbul etməyib

Pakistan məhkəməsi ölkə polisindən ayın sonuna qədər İmran Xanı saxlamamağı tələb edib.

Ahlibeyt.az-ın məlumatına görə, , SalamNews xəbər verir ki, bu barədə “Associated Press” ölkənin Məhkəmə rəsmilərinə istinadən məlumat verir.

Bildirilib ki, Pakistan məhkəməsi polisin bu ayın sonuna qədər keçmiş baş nazir İmran Xanı həbs etməsinə mane olub.

Qeyd edək ki, İmran Xan ötən şənbə günü tərəfdarları qarşısında etdiyi çıxışda polislərə və hakimlərə şifahi təhdidlər etməkdə ittiham olunur. Bundan sonra Şahbaz Şərifin hökuməti Xanı terrorizmdə ittiham edib.

İmran Xanın vəkili Babar Avan daha əvvəl məhkəmədən müvəkkilini girov müqabilində azadlığa buraxmağı xahiş etmişdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2022  09:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!