|
• DünyadaİƏT-in Baş Katibliyi beynəlxalq ictimaiyyəti Rohinca müsəlmanlarına yardım etməyə çağırıbİslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi beynəlxalq ictimaiyyəti beş il əvvəl Myanmanın Rakhayn əyalətindən didərgin salınaraq Banqladeşdə sığınacaq tapmış və ağır şəraitdə yaşayan Rohinca müsəlmanlarına yardım etməyə çağırıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, İƏT-in Baş Katibliyinin müraciətində deyilir: “2017-ci il avqustun 25-də Myanma ordusu Şimali Rakhayn əyalətində Rohinca müsəlman əhalisinə qarşı zorakı əməliyyatlar keçirməyə başladı və bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, həmçinin ağır cinayətlərlə nəticələndi. Faciənin üzərindən beş il keçsə də, Rohinca müsəlmanları hələ də adekvat qidalanma, səhiyyə və təhsil hüquqlardan məhrumdurlar”. Banqladeş hökumətinə və xalqına son beş il ərzində Rohinca qaçqınlarına qonaqpərvərlik və lazımi yardım göstərdiyinə görə təşəkkür edən İƏT qeyd edib ki, bu nəcib missiya İslam dövlətləri tərəfindən yüksək qiymətləndirilir. “İƏT-in Baş Katibliyi təşkilatın Rohinca xalqına dəstəyini bir daha təkrarlayır və beynəlxalq ictimaiyyəti onların fundamental insan haqlarını, o cümlədən tam vətəndaşlıq hüquqlarını qorumaq istiqamətində səyləri ikiqat artırmağa çağırır. Bütün Rohinca qaçqınlarının öz vətənlərinə təhlükəsiz, könüllü, ləyaqətli və davamlı şəkildə qayıtması üçün şərait yaradılmalıdır. İƏT-in Baş Katibliyi ümid edir ki, Beynəlxalq Ədalət Məhkəməsinin Myanma hökumətinin etirazlarını rədd edən son qərarından sonra bu məsələlər tezliklə öz həllini tapacaq”, -deyə müraciətin sonunda vurğulanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Avqust, 2022 08:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |