إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə XİN başçısı: Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir

“Xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır”.

Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.

“İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”, - o bildirib.

“Sonuncu seçkilərdə Ermənistan xalqı baş nazir Nikol Paşinyana çox ciddi dəstək verdi. Diaspora sığınmağa ehtiyac yoxdur. Biz deyirik ki, gəlin, Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirək. Bu zaman hər kəs, o cümlədən də Ermənistan qazanar” - nazir vurğulayıb.

Mövlud Çavuşoğl müsahibəsində qeyd edib ki, biz sülh istəyirik:

“Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada (Xankəndi və ətraf ərazilərdə - red.) yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir”

“Ermənilər hər yeri dağıdırlar. Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər” – deyə nazir bildirib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Avqust, 2022  12:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!