|
• DünyadaErmənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açmağı planlaşdırırErmənistan Azərbaycanla sərhəddə 3 sərhəd-buraxılış məntəqəsi açmağı planlaşdırır. Bu barədə ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında məlumat yerləşdirilib. Ermənistan höküməti buraxılış məntəqələrinin hansı ərazilərdə olacağını da açıqlayıb. Ahlibeyt.az-ın Xəzərxəber-ə istinadən məlumatına görə, Ermənistan azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə "Zod", Sədərək rayonu ilə sərhəddə "Arazdəyən" və Qubadlı rayonu ilə sərhəddə "Eyvazlı" nəzarət-buraxılış məntəqələri açacaq. Layihənin əsaslandırılmasında qeyd edilir ki, bu, Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi göstərişləri yerinə yetirmək zərurətindən irəli gəlir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heryətinin sədrinin müavini Esmira Cəfərova deyib ki, buraxılış məntəqələri açılarsa birinci vacib məqam odur ki, təhlükəsizlik məsələsi ön planda dayanmalıdır. Çünki Ermnəistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, bu istiqamətlərdə təhlükəsizlik ermənistan və Rusiya tərəfindən təmin oluna bilər. Esmira Cəfərova qeyd edib ki, sərhəddə 3 buraxılış məntəqəsinin açılması məsələsini Zəngəzur dəhlizinin reallaşmasına qarşı Ermənistan tərəfindən atılmış addım kimi də hesab etmək olar. Qeyd edək ki, avqustun 4-də ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Ermənistan Naxçıvanla Azərbaycan arasında əlaqələri günü bu gün təmin etməyə hazırdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2022 09:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |