|
• DünyadaOrta Asiyanın ən böyük məscidinin açılışı oldu - FOTOQazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin iştirakı ilə paytaxt Nur-Sultanda inşa edilən məscidin açılış mərasimi reallaşıb. Ahlibeyt.az-ın məlumatına görə, BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, avqustun 12-də baş tutan açılış mərasimində Özbəkistan, Qırğızıstan, Monqolustan, Rusiya və Misirdən dini nümayəndələr və Qazaxıstandakı müsəlman ölkələrin səfirləri iştirak edib. Qazaxıstan prezidentliyi postundan istefa verməzdən 1 gün öncə hazırki prezident Kasım-Jomart Tokayev ilə birgə bu məscidin təməlini atdığını bildirən Nursultan Nazarbayev inşa xərcinin iş adamları və könüllülər tərəfindən maliyyələşdirildiyini vurğulayıb. Qeyd edək ki, 68 min kvadratmetr sahədə inşa edilən məscid Orta Asiyanın ən böyük məscididir. Əsas qübbəsinin diametri 62 metr olan məscid 134 metr hündürlüyə malik 4 minarəyə malikdir. Qeyd edək ki, Məscidin ümumi tutumu 235 min nəfərdir. Bunlardan 200 mini açıq havada, 35 min nəfəri məscid daxilində namaz qıla bilər. Bu göstəriciyə görə məscid dünyanın 10 ən böyük məscidləri sırasına daxil olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2022 12:14 ⁄ Çap
Bu bölmədə21 Sentyabr, 2023 İƏT-in Baş Katibliyindən Azərbaycana dəstək13 Sentyabr, 2023 İraq hökuməti Qurani-Kərimi təhqir edən islamofob Səlvan Momikanın ekstradisiyasını İsveçdən tələb edib |
Xəbər lenti
2 Oktyabr, 2023 12:10
2 Oktyabr, 2023 11:16
29 Sentyabr, 2023 09:00
27 Sentyabr, 2023 11:37
26 Sentyabr, 2023 13:40
26 Sentyabr, 2023 10:35
|
© 2023 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |