إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Şeytan ayələri” kitabıbnın müəllifi Salman Rüşdini vuran şəxsin kimliyi açıqlanıb FOTO

“Şeytan ayələri”nin müəllifi Salman Rüşdini vuran şəxsin kimliyi məlum olub. O, 24 yaşlı Hadi Mətər adlı gəncdir.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews  ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə Nyu-York Polisi məlumat verib.

Bildirilib ki, Salman Rüşdiyə hücum edən şəxs 24 yaşlı Nyu-Cersi sakini Hadi Mətərdir.

Bu arada Salman Rüşdini müalicə edən səhiyyə mənbələri onun süni tənəffüs aparatına qoşulu halda olduğunu və vəziyyətinin hələ də ağır olaraq qaldığını deyiblər.

Qeyd edək ki, 75 yaşlı Hindistan əsilli Salman Rüşdi 1988-ci ildə İslam dinini və Peyğəmbəri təhqir edən “Şeytan ayələri” kitabına görə barəsində ölüm fətvası verilmişdi.

Həmin zamanda o Britaniya və Amerikada ictimaiyyətin içinə çıxmayaraq və güclü qoruma altında yaşamağa məcbur qalıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Avqust, 2022  09:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!