|
• DünyadaƏrəb Radio və Televiziya Festivalında dünyanın mindən çox media nümayəndəsi iştirak edəcəkSəudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad noyabrın 7-dən 10-dək ilk dəfə olaraq Ərəb Radio və Televiziya Festivalının 22-ci sessiyasına ev sahibliyi edəcək. Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytına istinadla xəbər verir ki, Səudiyyə Yayım Təşkilatı (SBA) tərəfindən təşkil ediləcək festivalda dünyanın hər yerindən mindən çox media mütəxəssisinin, həmçinin Dünya Yayım Birliyi (WBU), Avropa Yayım Birliyi (EBU), Asiya Yayım Birliyi (ABU), Afrika Yayım İttifaqı (AUB), Asiya-Sakit Okean regionu daxil olmaqla bir çox beynəlxalq media təşkilatlarının, Yayımların İnkişafı İnstitutu (AIBD), Çin Mərkəzi Televiziyası (CCTV), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Aralıq dənizi Audiovizual Kommunikasiya Mərkəzi (CMCA), Böyük Britaniya, İtaliya və İspaniyanın əsas media qurumlarının, Aralıq dənizi Audiovizual Operatorlarının Daimi Konfransı (COPEAM) rəhbərliyinin iştirakı nəzərdə tutulur. Krallığın ərəb TV və radio məkanının ən mötəbər forumu hesab edilən bu festivala ev sahibliyi etməsi onun regional və beynəlxalq nüfuzunu artırır, ərəb və islam dünyasında strateji mövqeyinin dərinliyini təsdiqləyir. Bu tədbir, həmçinin Səudiyyə Ərəbistanının qlobal logistika mərkəzi statusunu möhkəmləndirəcək. Ərəb Dövlətləri Yayım Birliyinin (ASBU) prezidenti və SBA-nın baş direktoru Məhəmməd bin Fəhd Əl-Harti bildirib ki, Krallığın 22-ci Ərəb Radio və Televiziya Festivalına ev sahibliyi etməsi onun istedadlı gəncləri dəstəkləmək istəyindən irəli gəlir. O əlavə edib: “Festival Krallığın 2030-cu ilədək Vizyonu çərçivəsində regional və qlobal arenalarda rəqabət qabiliyyətini artırmaq üçün milli medianın imkanlarını təkmilləşdirmək, habelə ərəb media qurumlarının birgə fəaliyyətini inkişaf etdirmək baxımından əhəmiyyətlidir”. Festivalın gündəliyinə mühəndislik simpoziumu, istehsalat, xəbərlər və texnologiya sahələrində bir sıra ixtisaslaşdırılmış seminarların keçirilməsi, habelə “İstehsal və Media Kontenti Sənayesi” adlı sərginin təşkili salınıb. Sərgidə 500-dən çox şirkət öz məhsullarını nümayiş etdirəcək. Ekspertlər televiziya və radio istehsalının yeni imkanları, müasir kommunikasiya texnologiyasındakı ən son inkişaflar və yeniliklər ətrafında fikir mübadiləsi aparacaqlar. Festivalda, həmçinin iki mərhələdən ibarət radio və televiziya proqramları və xəbərlər müsabiqəsi də təşkil olunacaq. Ən mühüm müzakirə mövzularından biri isə rəqəmsal dünyaya yol açan dördüncü sənaye inqilabı fonunda ərəb mediasının üzləşdiyi problemlər olacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2022 19:10 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |