إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Danimarkada təhsil almaq istəyən tələbələrin nəzərinə

Kopenhagen Universitet Kolleci ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında ikitərəfli “Erasmus+ KA1” mübadilə proqramına əsasən tələbələr 2022/2023-cü tədris ilinin payız semestri müddətində Danimarkada təhsillərini davam etdirə bilərlər.

Ahlibeyt.az-ın xəbərinə görə, ADPU-nun məlumatında bildirilib ki, proqrama ingilis dilini bilən, bakalavriat pilləsinin II və III kurs tələbələri müraciət edə bilərlər. Qəbul zamanı Filologiya fakültəsinin ingilis dili və fransız dili müəllimliyi ixtisası üzrə, Tarix və coğrafiya fakültəsinin sosial iş ixtisası üzrə və Məktəbəqədər təhsil fakültəsinin II və III kurs tələbələrinə üstünlük veriləcək.

Təqaüd səyahət və yaşayış xərclərini əhatə edir.

Müraciət üçün son tarix: 10 sentyabr 2022-ci il

Müsahibələr sentyabrın 10-15-də keçiriləcək. Seçilən namizədlərin onlayn qeydiyyatı oktyabrın 1-dək davam edəcək.

Əlavə məlumat və müraciət üçün kontaktlar: tel: +99412 498 95 46
e -mail: rana.hasanova2@adpu.edu.az Əsas korpus, Beynəlxalq əlaqələr şöbəsi ( 218-ci otaq )

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Avqust, 2022  16:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!