|
• Mənəviyyat • MəhərrəmMəhərrəm ayının 13-cü günü - Əhli-beyt (ə) əsirləri İbn Ziyadın sarayındaAşura faciəsindən sonra İmam Hüseynin ailəsi əsir götürülərək, Kufəyə aparıldı və zindana atıldı. Məhərrəm ayının 11 və 12-də Kufə şəhərində qolları və ayaqları qandallı halda əsir kimi gəzdirilən uşaq, qadın və xəstələrdən ibarət əsirlər Məhərrəmin 13-cü günündə Yezidin İraq üzrə valisi Ubeydullah ibni Ziyadın hüzuruna gətirildilər. Aşura faciəsindən sonra İmam Hüseynin ailəsi əsir götürülərək, Kufəyə aparıldı və zindana atıldı. Məhərrəm ayının 11 və 12-də Kufə şəhərində qolları və ayaqları qandallı halda əsir kimi gəzdirilən uşaq, qadın və xəstələrdən ibarət əsirlər Məhərrəmin 13-cü günündə Yezidin İraq üzrə valisi Ubeydullah ibni Ziyadın hüzuruna gətirildilər. Əhli-beyt (ə) əsirləri ibn-Ziyadın məclisində Hicri təqvimi ilə 61-ci il, məhərrəm ayının 13-cü günü, Kərbəla şəhidlərinin müqəddəs başlarını Kufə şəhərində doladırdıqdan sonra İmam Hüseynin (ə) Əhli-beytini (ə) İbn Ziyadın “Darül-imarə”-sinə daxil etdilər. Göstəriş verildi ki, İmam Hüseynin (ə) kəsilmiş mübarək başını onunla üzbəüz qoysunlar. Bu zaman, əsir qadınları və həzrətin uşaqlarını İmam Səccad (ə) ilə birlikdə kəndirlə bağlı halda onun məclisinə gətirdilər. Nəql olunub ki, həzrət Zeynəb (ə.s), tanınmaz surətdə və köhnə libasda məclisə daxil oldu. Qəsrin bir guşəsində, qadınların yanında oturdu. İbn Ziyad soruşdu: “ O, kim idi ki, orada , qadınların yanında oturdu?” Həzrət Zeynəb cavab vermədi. İbn Ziyad ikinci dəfə soruşdu. Nəhayət kənizlərdən biri dedi: Bu xanım, Fatimənin (ə.s) qızı, Allah Rəsulunun qızıdır. İbn Ziyad, həzrət Zeynəbə üz tutaraq dedi: “ Allaha şükür ki, sizi rüsvay edib öldürdü və sizin dedikləriniz yalan çıxdı.” Həzrət Zeynəb (ə.s) buyurdu: “Allaha şükür ki, bizi öz peyğəmbəri Məhəmmədlə (s) əziz edib pisliklərdən pakladı. Fasiq rüsvay olur, günahkarlar yalan danışır və biz o şəxs deyilik, başqasıdır.” İbn Ziyad dedi: “Allahın qardaşınla və öz Əhli-beytinlə etdiyini necə görürsən?” Həzrət Zeynəb cavab verdi: “Allah tərəfindən gözəllikdən başqa bir şey görmədim. Onlar bir qrup şəxs idi ki, Allah onlar üçün şəhadəti qərar vermişdi və onlar öz əbədi yerləri üçün tələsdilər və orada uyudular.” Übeydullah ibn Ziyad həzrətin əzici sözlərindən çox qəzəbləndi və onu qətlə yetirməyi qərara aldı, lakin Ömər ibn Haris dedi: “ O qadındır, qadını sözlərinə görə qınamazlar.” İmam Səccadın (ə) rüsvayedici cavablarına görə də o həzrəti qətlə yetirmək qərarına gəldi, lakin həzrət Zeynəb bunun qarşısını aldı və o, öz niyyətindən daşındı. (Əl-İrşad: c. 2, s. 115) Bu məclisdən sonra Übeydullah göstəriş verdi ki, İmam Hüseynin (ə) Əhli-beytini Kufə zindanına aparıb qasidlər, İmam Hüseynin (ə) qətlə yetirilməsi xəbərini hər yerdə yaysınlar. Əmaliye-Şeyx Səduq: s. 229. – Tarixi-Təbəri: c. 5, s. 234) Übeydullah ibn Ziyadın Yezidə məktubu Hicri təqvimi ilə 61-cı il, məhərrəm ayının 13- cü günü, Übeydullah Yezidə məktub yazdı və ona İmam Hüseyn (ə) və onun Əhli-beytinin şəhadəti barədə məlumatlandırdı. Məktub, Yezidin çatdı və onun məzmunu ilə tanış oldu. Məktubun cavabında yazdı ki, İmam Hüseyn (ə) və digər şəhidlərin müqəddəs başlarını əsirlərlə birlikdə Şama tərəf gətirsinlər. (Lühuf: s. 207. – Biharül-ənvar: c. 45, s. 124) Abdullah ibn Əfifin şəhadəti Əbdullah Əfif Əzdi, Əmirəlmömininin (ə) böyük səhabələrindən biri idi. Cəməl və Süffeyn döyüşlərində o həzrətlə birgə döyüşmüş və hər iki gözünü itirmişdi. Ondan sonra isə ibadətlə məşğul idi. Kərbəla əsirlərinin gətirildiyi Kufə məscidində o, Übeydullahın sözlərinə qulaq asırdı. İbn Ziyad dedi: “Həmd olsun O Allaha ki, haqqı, haqq əhlini və həqiqəti qələbəyə çatdırdı, Yezid və onun tərəfdarlarına kömək edib yalançını və yalançı oğlunu öldürdü”. Abdullah Əfif bunu eşidəndə tam şücaət və qəhrəməncasına yerindən qalxdı və dedi: “Ey Mərcanənin oğlu! Yalançı sənsən, sənin atandı. Səni və atanı bu simət məqamına yerləşdirəndi. Ey Allahın düşməni! Peyğəmbər (s) övladlarını qılıncdan keçirib möminlərin minbərində belə danaşmağa cəsarət tapırsan?!” Belə bir hadisənin baş verəcəyini gözləməyən Übeydullah ibn Ziyad, çox qəzəblə dedi: “ Onu mənim yanıma gətirin.” Məmurlar hər tərəfdən hücum etdi. Amma Abdulla ibn Əfifin güclü müqviməti ilə üzləşib onu tuta bilmədirlər. İbn Ziyadın məmurları gecə ikən onun evinə töküldülər. O böyük şəxsi evdən çıxarıb qılınc zərbələri ilə öldürdülər. İbn Ziyadın göstərişi ilə onun başını bədənindən ayırıb və bədənini Kufədə dara çəkdilər. (lüfuf: s. 203 – Biharül-ənvar: c. 45, s. 119)
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2022 09:24 ⁄ Çap
Bu bölmədə16 İyul, 2024 Bu gün Aşuradır5 Sentyabr, 2023 Bu axşam Ərbəin gecesi daxil olur - Ərbəin ziyarətnaməsi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |