|
• DünyadaİƏT Ermənistanı öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı dəstələri Azərbaycan ərazisindən çıxarmağa çağırıbİslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 2022-ci il avqustun 3-də Ermənistan silahlı qüvvələrinin qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisi daxilində Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutması və nəticədə hərbi qulluqçu Kazımov Anar Rüstəm oğlunun şəhid olmasını pisləyir. Ahlibeyt.az xəbər verir ki, bu barədə İƏT-in mətbuat xidməti məlumat yayıb. Baş Katiblik Ermənistan Respublikasını Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır. İKT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməni xatırladan Baş Katiblik daha sonra Azərbaycan və Ermənistan arasında qarşılıqlı tanınma əsasında münasibətlərin normallaşdırılmasına, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətə çağırıb. İƏT Baş Katibliyi Azərbaycan şəhidinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Avqust, 2022 09:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |