إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya XİN-in sözçüsü: “Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb”

"Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm. Azərbaycanın Britaniyadakı səfirliyinə radikalların hücum məni şoka salıb”.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün teleqram kanalında yazıb:

“Gündüz saatlarında radikallar diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini təhqir edib, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim zərər görməyib.

Diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır ki, bu da bütün dünyada diplomatların rahat işləməsini təmin edir. Bu kimi hadisələr sıradan bir hal deyil”.

M.Zaxarova qeyd edib ki, 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 22-ci maddəsinin 2-ci bəndinin mətnini xatırlatmağa icazə verin: Qəbul edən dövlətin xüsusi vəzifəsi var ki, nümayəndəliyin binalarını hər hansı müdaxilədən və ya zədədən qorumaq və nümayəndəliyin dincliyini pozmaq və ya onun ləyaqətini təhqir etməkdən çəkinmək üçün bütün lazımi tədbirləri görsün.

Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual: siz harada olmusunuz ? Ekvador səfirliyində isə Assanja xüsusi gözətçilik edirdiniz", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fikirlərini yekunlaşdırıb.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2022  07:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!