إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yəməndə atəşkəs rejimi daha iki ay müddətinə uzadılıb

Husi hərəkatı ilə Yəmənin hökumət qoşunları arasında iki ay əvvəl əldə olunmuş atəşkəs rejiminə dair razılaşmanın müddəti oktyabrın 2-dək uzadılıb.

Ahlibeyt.az xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq məlumat verib.

BMT-nin xüsusi elçisi bildirib ki, daha iki ay müddətinə uzadılan atəşkəs dövründə silahlı münaqişə tərəfləri arasında dayanıqlı sülhə nail olunması istiqamətində danışıqlar davam edəcək. O əlavə edib ki, BMT Yəməndə tezliklə sülhə nail olmaq üçün səylərini davam etdirəcək. H.Qrundberq, həmçinin sülh danışıqlarına dəstək verən BMT Təhlükəsizlik Şurası üzvlərinə, Səudiyyə Ərəbistanı Krallığı və Oman Sultanlığına təşəkkürünü bildirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Yəməndə atəşkəs rejimi müddətinin uzadılması və sülh danışıqlarının davam etdirilməsini alqışlayan bəyanat yayıb.

Eyni zamanda Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bildirib ki, Ankara Yəməndəki münaqişə tərəflərinin atəşkəsin daha 2 ay uzadılması ilə bağlı razılığını alqışlayır.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Avqust, 2022  14:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!