|
• DünyadaSəudiyyə Ərəbistanı ABŞ-ın Əl-Qaidə liderini öldürməsini alqışlayıbSəudiyyə Ərəbistanı Əl-Qaidə lideri Əymən Zəvahirinin ABŞ tərəfindən öldürülməsini alqışlayıb. Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi bəyanat verib. Nazirlik tvitter səhifəsi vasitəsilə ABŞ-ın həyata keçirdiyi əməliyyatı alqışlayıb. “Zəvahiri Amerika Birləşmiş Ştatlarında, Səudiyyə Ərəbistanında və dünyanın bir sıra digər ölkələrində iyrənc terror əməliyyatlarının planlaşdırılmasına və həyata keçirilməsinə, bunun ardınca müxtəlif millətlərdən və dinlərdən olan minlərlə günahsız insanın qətlini həyata keçirməsinə rəhbərlik edən terror liderlərindən biridir. Səudiyyə Ərəbistanı vətəndaşları da daxil olmaqla onlar tərəfindən öldürülüb”, deyə Səudiyyə XİN “beynəlxalq terrora qarşı mübarizədə krallığın mövqeyini” vurğulayıb. Qeyd edək ki, bir gen əvvəl ABŞ prezidenti Co Bayden ötən gün Əymən Zəvahirinin əməliyyat nəticəsində öldürüldüyünü elan edib. ABŞ mənbələri bildiriblər ki, Talibanın rəsmiləri xüsusilə də müdafiə naziri Siracuddin Həqqani Əymən Zəvahirinin yerini əvvəldən bilib və ona müxtəlif dəstəklər veriblər. Taliban hərəkatı ABŞ tərəfinin bu hücumunu pisləyib və onu Əfqanıstanın suverenliyinə təcavüz adlandırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Avqust, 2022 10:48 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |