|
• DünyadaBMT-nin Baş katibi İraqdakı vəziyyətin narahatlıq doğurduğunu bəyan edibBMT-nin Baş katibi Antonio Quterreş İraqda yüzdən çox nümayişçinin yaralanmasına səbəb olan davam edən etirazları narahatlıqla izləyir. Ahlibeyt.az Təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, Antonio Quterreş açıqlamasında ifadə və dinc toplaşma azadlığının hər zaman və hər kəs tərəfindən hörmət edilməli olan fundamental hüquqlar olduğunu bildirib. Baş katib bütün tərəfləri fikir ayrılıqlarını bir kənara qoymağa və dinc və inklüziv dialoq yolu ilə gecikdirilmiş islahatlara davam edə biləcək effektiv milli hökumət yaratmağa çağırıb. Qeyd edək ki, şənbə günü ietirazçılar həftə ərzində ikinci dəfə İraq parlamentinin binasına basqın etməyə cəhd ediblər . Bununla onlar Bağdadda dövlət qurumlarının və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”nın sərhədlərini pozublar. İğtişaşlar nəticəsində 120-dən çox insan xəsarət alıb.
İğtişaşlar ötən ilin oktyabrında parlamentdə yerlərin əksəriyyətini qazanan Müqtəda əs-Sədrin tərəfdarları ("Sədr" hərəkatı) tərəfindən törədilib. "Sədr" hərəkatı “Hikmət” partiyasının nümayəndəsi Məhəmməd əl-Sudaninin İraqın Baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə etiraz edərək kütləvi aksiyalar keçirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Avqust, 2022 09:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |