|
|
“Əbu-Bəkr” məscidi təmirdən sonra yeni adla fəaliyyət göstərəcəkBakının Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsində yerləşən "Əbu-Bəkr" məscidində yenidən bərpa-gücləndirmə işləri aparılacaq. Ahlibeyt.az xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, hazırda məsciddə ötən il start verilən bərpa-gücləndirmə işləri davam etdirilir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması ilə əlaqədar yenidən tender elan edib. Tenderə uyğun olaraq, ibadət ocağında hazırda həyata keçirilən işlərin davamı kimi yenidən bərpa-gücləndirmə işlərinə başlanılacaq. Bütün işlər tam yekunlaşandan sonra isə məscid "Cümə məscidi" adı ilə fəaliyyət göstərəcək. İşlərin nə zaman yekunlaşacağı hələ məlum deyil. Xatırladaq ki, ötən il məsciddə bərpa-gücləndirmə işlərinin aparılması üçün 2 881,728 min manatlıq satınalma müqaviləsi imzalanıb. Məlumata görə, artıq həmin məbləğ müqabilində həyata keçirilən işlər yekunlaşmaq üzrədir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyul, 2022 10:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |