|
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edibValideynlər hər bir uşağın digər yaşıdlarından fərqli düşüncəyə və xüsusiyyətlərə malik olduğunu dərk etməli, onu qəbul etməli, bütün hərəkət və davranışlarında bunu nəzərə almalıdırlar. Ahlibeyt.az-ın xəbərinə görə, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin valideynlərə müraciətində bildirilib. Son günlərdə kütləvi informasiya vasitələrində, daha çox isə ictimai fəal vətəndaşların sosial şəbəkə hesablarında uşaqlarla bağlı faciəvi faktları əks etdirən xəbərləri tirajlaması bizi valideyn məsuliyyəti sahəsindəki bəzi problemləri bir daha vurğulamağa vadar edir. Çünki valideynlik vəzifələrinin düzgün yerinə yetirilməməsi, bəzi valideynlərin övladları qarşısındakı öhdəliklərinə biganə yanaşması, öz hüquqlarından sui-istifadə etməsi,eləcə də etinasızlıq, laqeydlik və diqqətsizlik kimi hallara yol verməsi uşaqlarla bağlı bədbəxt hadisələrin baş verməsinə gətirib çıxarır. Bəs bu hadisələrin qarşısını necə almaq olar, valideynlər nələrə diqqət etməlidirlər? Bunun üçün onlar uşaqların yaş xüsusiyyətləri, maraq və ehtiyacları barədə ən azı ümumi bigilərə malik olmalıdırlar ki, öz davranış və münasibətlərini ona uyğun tənzimləyə bilsinlər.
İlk növbədə övladlarına kifayət qadər vaxt ayırmalı, ailə üzvləri arasında qarşılıqlı hörmət və sevgiyə əsaslanan ünsiyyəti möhkəmləndirməlidirlər. İlk gündən ailədə bu qaydalar çərçivəsində öz davranışlarını formalaşdıran uşaqlar həm şəxsi azadlığını dəyərləndirə bilir, doğmaları və onu əhatə edən cəmiyyət üzvləri qarşısında öhdəliklərini yaxşı dərk edir, həm də qaydalara uyğun yaşamağı öyrənirlər. Çünki valideynlər övladlarının ilk həyat müəllimləridir. Bu səbəbdən də övladlarının şəxsi bacarıq və qabiliyyətlərinin inkişafı ücün səylə çalışmalı, həmçinin onların qarşısında əldə edə bildikləri bilik səviyyəsinə uyğun gözləntilər qoymalıdırlar. Valideynlər övladının həyatından xəbərdar olmaqla yanaşı, onun şəxsi həyatının olmasını da qəbul etməlidirlər. İdeal və qeyri-ideal valideyn yoxdur, amma övladlarına diqqət və sevgini düzgün ifadə edən və ya bunu yaxşl bacarmayan valideynlər var. Odur ki,valideyn və ya bu vəzifəni yerinə yetirməli olan şəxslər uşaq və yeniyetmələrin nəyə ehtiyacı olduğunu düzgün müəyyən edərək ,onu təmin etməyə çalışmalı onlatın ən ümdı maraqlarımın qoruyucusu olmalıdır. Həddən artıq dözümlü və ya sərt münasibətə yol verməməli, hətta danışmadığı halda belə onu diqqətlə dinləməyi bacarmalıdır. Dövlət Komitəsi bir daha valideynlərə, ailələrə və cəmiyyətimizin hər bir üzvünə müraciət edərək, uşaqlara qarşı daha diqqətli olmağa, onlara qayğı göstərərək, ehtiyacları və istəklərinə həssas yanaşmağa, onların yanında olmağın önəmini qeyd edir. Eyni zamanda, Komitə ilk növbədə öz övladlarına, bizim hamımızın və Azərbaycanın gələcəyi olan uşaqlara diqqətlə yanaşmağa, onların bütün ehtiyaclarının təmin olunması, mənəviyyatca zəngin,fiziki cəhətdən sağlam böyümələri, təhlükəsiz və azad bir cəmiyyətdə yaşamalarını təmin etmək istiqamətində səyləri birləşdirməyə çağırır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyul, 2022 09:31 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |