|
Məhərrəm ayının başlanması ilə əlaqədar Dövlət Komitəsində müşavirə keçirilibİyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib. Müşavirədə DQİDK sədrinin müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Ahlibeyt.az-ın xəbərinə görə, DQİDK-nın mətbuat xidmətinin məlumatında bildirilib ki, komitə sədri Mübariz Qurbanlı ölkədəki dini durum və gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək Məhərrəm ayının başlanması ilə əlaqədar DQİDK-nın üzərinə düşən vəzifələrə toxunub, bununla əlaqədar Mərkəzi Aparat və bölgə şöbələrinin fəaliyyətlərini daha da gücləndirməli olduğunu deyib. Məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıran M.Qurbanlı dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsini xüsusi olaraq vurğulayıb. “Dini etiqad azadlığı haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsinin qarşımıza ciddi vəzifələr qoyduğunu bildirən komitə sədri İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilən sənəd qəbulunun artıq yekunlaşdığını və avqustun 2-dən etibarən müsahibənin başlayacağını qeyd edib. Din pərdəsi altında İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşdüyünü nəzərə çatdıran M.Qurbanlı din xadimlərinin Vətənə, milli-mənəvi dəyərlərimizə, o cümlədən azərbaycançılıq ideologiyasına bağlı olmalarının önəmini vurğulayıb. O, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsində Azərbaycan İlahiyyat İnstitutunun roluna diqqət çəkib. DQİDK-nın sədr müavini Səyavuş Heydərov və bölgə şöbə müdirləri gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşdükdən sonra müvafiq tapşırıq və tövsiyələr verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyul, 2022 10:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |