إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə XİN: İraq hökumətini Dəhukdakı hücumun araşdırılması üçün əməkdaşlığa çağırırıq

Türkiyə Xarici İşlər Nazirliyi: Biz İraq hökumətini Dəhukdakı hücumun iştirakçılarının müəyyən edilməsi üçün əməkdaşlığa çağırırıq.

Ahlibeyt.az-ın Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi iyulun 20-də İraqın Dəhuk əyalətinin Zaxo rayonunda törədilən hücumla bağlı bildirib:

“Ümumi olaraq qəbul edilir ki, terror təşkilatı tərəfindən törədilən bu cür hücumlar ədalətli və qətiyyətli mövqeyə yönəlib. Terrorla mübarizədə ölkəmizin."

Nazirlikdən verilən yazılı açıqlamada İraqın Dəhuk əyalətinin Zaxo rayonunda silahlı hücum nəticəsində 8 nəfərin öldüyü, 23 nəfərin yaralandığı böyük kədərlə qeyd edilib. Türkiyə mülki şəxslərə qarşı hər hansı hücumu pisləyir və qəti şəkildə buna qarşıdır.

“Türkiyə beynəlxalq hüquq normalarına uyğun olaraq terrorla mübarizə aparır, mülki əhalinin, mülki infrastrukturun, tarixi və mədəni dəyərlərin qorunmasına xüsusi diqqət yetirir. Terror təşkilatından törədilən bu cür hücumlar ölkəmizin terrorla mübarizədə ədalətli və qətiyyətli mövqeyinə yönəlib.

Türkiyə bu cinayətin araşdırılması və həqiqətin üzə çıxarılması üçün əlindən gələni etməyə hazırdır. İraq hökumətini PKK terror təşkilatının təsiri altında bəyanatlar verməməyə və günahkarların müəyyən edilərək cəzalandırılması üçün əməkdaşlıq etməyə çağırırıq”, ”, - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, istirahət mərkəzinə edilmiş artilleriya hücumu ilə bağlı rəsmi Bağdad BMT TŞ-a şikayət edib. İraqın baş naziri Mustafa əl-Kazimi hadisədən sonrakı çıxışında bildirib ki, Türkiyənin İraqda bu və digər qanun pozuntuları ilə bağlı hesabat BMT TŞ-a təqdim ediləcək.

Xatırladaq ki, iyulun 20-də İraqın Dəhuk əyalətində istirahət mərkəzinə edilən hücum və burada onlarla mülki şəxsin ölməsi və yaralanmasından sonra İraqda bir günlük matəm elan edilib.

İstirahət mərkəzinə edilən hücumdan sonra İraqın müxtəlif bölgələrində, həmçinin Bağdadda Türkiyə səfirliyi qarşısında kütləvi etiraz aksiyaları keçirilib.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyul, 2022  09:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!