|
• DünyadaTehranda Suriya məsələsi üzrə zirvə toplantısı başa çatıbİyulun 19-u Tehranda keçirilən Astana sammitində İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, sammitdə dövlət başçıları beynəlxalq və regional hadisələri nəzərdən keçirib, Suriya böhranının sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolununu vurğulayıblar. Sammitdə 3 ölkə prezidenti terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirdilər. İran, Rusiya və Türkiyə prezidentləri Suriyanın suverenliyini və ərazi bütövlüyünü zəiflətməyə yönəlmiş separatçılara qarşı mübarizədə əzmkar olacaqlarını vurğuladılar. Onlar Suriyanın şimalındakı vəziyyəti dəyərləndirərək qeyd ediblər ki, regionda təhlükəsizlik və sabitliyə nail olmaq ancaq Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə mümkündür. Dövlət başçıları bütün terrorçu qruplaşmaları məhv etmək üçün mövcud əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha vurğuladılar. Həmçinin beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalinin və mülki infrastrukturun qorunmasını tələb etdilər. Sammitin sonunda yayımlanan bəyanda qeyd olunur ki, 3 ölkə humanitar vəziyyətin normallaşması üçün daha çox səy göstərməyə razılaşıb. İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı humanitar şəraitdən və beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan bütün birtərəfli sanksiyalardan dərin narahatlığını ifadə etdi, ayrıseçkilik tədbirlərini qəbuledilməz adlandırdılar. Sammitdə Suriya münaqişəsinin hərbi həllinin olmadığı, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq BMT-nin yardımı ilə siyasi yolla həll edilə biləcəyi qeyd olunub. Astana prosesində müvafiq işçi qrupu çərçivəsində dustaqların/girovların qarşılıqlı azad edilməsi əməliyyatını davam etdirmək, qaçqın və məcburi köçkünləri geri qayıtmaq və onlara dəstək olmağın zərurəti vurğulanıb. 3 ölkənin prezidentləri sammitdə həmçinin Suriya məsələsi ilə yanaşı, birgə siyasi və iqtisadi əməkdaşlığı artırmaq üçün müxtəlif sahələrdə üçtərəfli koordinasiyanı gücləndirmək əzmində olduqlarını açıqladılar. Qeyd edək ki, Türkiyə, Rusiya və İran prezidentlərinin Astana sammiti formatında növbəti görüşü Rusiyada keçiriləcək - bunu Rusiya prezidenti Vladimir Putin Tehranda keçirilən zirvə görüşündə bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyul, 2022 09:25 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |