|
• DünyadaTürk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblərTürkiyənin Ankara və İstanbul şəhərlərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin təhlükəsizlik şuralarının katiblərinin ilk iclası keçirilib. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 29-dan iyulun 1-dək keçirilən iclasda ölkəmizi Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən hərbi, iqtisadi, enerji, nəqliyyat, qida təhlükəsizliyi, informasiya təhlükəsizliyi, terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə mövzularında müzakirələr aparılıb, bu istiqamətdə müasir çağırış və təhdidlərin öhdəsindən gəlinməsinə dair fikir mübadiləsi edilib və bu sahələrdə türk dövlətləri arasında güclənən əməkdaşlığın əhəmiyyətli olduğu vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilən nümayəndə heyətləri daxili işlər naziri Süleyman Soylu və Milli Təhlükəsizlik Təşkilatının (MİT) rəhbərliyi ilə görüşüblər. Bununla yanaşı, heyətlər Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkətini ziyarət edib, qardaş Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi qürurverici nailiyyətlərlə yerində tanış olublar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyul, 2022 09:13 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |