|
• DünyadaHindistan Məhkəməsi Məhəmməd peyğəmbəri (s) təhqir edən hakim partiyanın sabiq mətbuat katibini üzr istəməyə çağırıbHindistanın Ali Məhkəməsi "Bharatiya Janata" Partiyasının keçmiş sözçüsü Nupur Şarmadan Məhəmməd peyğəmbərin ünvanına təhqiramiz ifadələrinə və sözlərinin ölkədə gərginliyə səbəb olduğuna görə, televiziyaya çıxmasını və üzr istəməsini istəyib. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews BBC-yə istinadən məlumat verir ki, Hindistanın Ali Məhkəməsi Nupur Şarmanı sərt tənqid edərək bildirib ki, "onun Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələr ölkədə gərginliyi alovlandırıb". BBC, məhkəmənin hakimlərindən sitat gətirib və bildirib ki, o, televiziyaya çıxıb bütün ölkədən üzr istəməlidir. Məhəmməd peyğəmbər və onun həyat yoldaşlarını təhqir edən ifadələr partiyanın sözçüsü Nupur Şarma tərəfindən televiziya debatında səsləndirilib və bu ifadələr İslam dünyasında sosial media və saytlarda qəzəbli reaksiya ilə qarşılanıb. Bu bəyanatlar fonunda Hindistan təhqiramiz bəyanatları pisləyən etirazların şahidi oldu, lakin etirazlar Hindistan hakimiyyəti tərəfindən zorakı reaksiya ilə qarşılandı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 İyul, 2022 16:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |