|
• DünyadaAzərbaycan ombudsmanı beynəlxalq sammitdə Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün bir təhdid olduğunu açıqlayıbAzərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu tərəfindən iyunun 29-da Ankarada işə başlayan və ayın 30-dək davam edəcək “İnsan hüquqlarının müdafiəsi və təbliğində milli insan hüquqları institutlarının güclənən rolu: yeni çağırışlar, nailiyyətlər və imkanların dərk edilməsi” adlı beynəlxalq sammitdə iştirak edir. Ahlibeyt.az-ın xəbərinə görə bu barədə Azərbaycan Respublikası Ombudsman Aparatının məlumatında bildirilib. Türkiyənin aidiyyəti dövlət qurumlarının, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, Almaniya, Xorvatiya, Danimarka, Bosniya və Herseqovina, Albaniya, Özbəkistan, Gürcüstanın milli insan hüquqları institutlarının təmsil olunduqları tədbirin ilk günündə Azərbaycan ombudsmanı məruzə ilə çıxış edib. S.Əliyeva milli insan hüquqları institutlarının insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində rolundan danışaraq, iştirakçıları Azərbaycan təcrübəsi barədə məlumatlandırıb. Ombudsman çıxışında müasir dünyada insan hüquqlarının müdafiəsi, habelə beynəlxalq hüquq normalarının tətbiqi ilə əlaqədar mövcud problemlərə toxunub. S.Əliyeva Ermənistanın Azərbaycana qarşı beynəlxalq insan hüquqları və humanitar hüquq normalarına zidd olaraq törətdiyi müharibə cinayətləri, işğal dövründə ölkəmizin zəngin flora və faunasına dəymiş zərər, dağıdılmış, özününküləşdirilib, təhqir edilib, talanmış tarixi və mədəni irsimiz barədə statistik göstəricilərə istinad edərək, sammit iştirakçılarına geniş məlumat verib. O, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlının, habelə İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 6 şəxsin taleyi barədə Ermənistan tərəfinin bu günədək məlumat vermədiyini də nəzərə çatdırıb. S.Əliyeva işğal zamanı Azərbaycan ərazilərinə basdırılmış bir milyona yaxın minanın böyük təhlükə mənbəyi olaraq qaldığını, Ermənistan tərəfinin dəqiq mina xəritələrini verməməsinin postmüharibə dövründə insanların həlak olması və yaralanmasına səbəb olmaqla yanaşı, yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışını da ləngitdiyini bildirib. Çıxışda, həmçinin istismar müddəti bitmiş Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün bir təhdid olaraq ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan vurduğu da diqqətə çatdırılıb. Müharibənin ağır fəsadlarından danışarkən S.Əliyeva rəhbərlik etdiyi təsisatın bu insan hüquqları pozuntularının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyəti barədə də məlumat verib. Yekunda Ombudsman insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təşviqi məqsədilə milli insan hüquqları institutlarının şəbəkələşməsinin, eləcə də birgə səylərin artırılmasının əhəmiyyətini vurğulayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyun, 2022 08:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |