|
• DünyadaÖlkəmiz “Kitab sənəti” beynəlxalq müsabiqəsində üç nominasiya üzrə qalib olubMüstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı Beynəlxalq kitab müsabiqəsi növbəti dəfə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində baş tutmuşdur. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında bildirilir. Ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib. Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və Ermənistan nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün təqdim olunmuşdur. Müsabiqəyə 7 ölkə üzrə 67 adda kitab təqdim olunmuşdur. Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanmışdır. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilmiş və münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparmışdır. Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 10 adda kitab təqdim olunmuşdur. Müzakirələr zamanı bildirildi ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunub. Eyni zamanda kitabların dizaynı, mövzusu da nəzərə alınıb. Səsvermənin yekununda “Kitab sənəti” müsabiqəsində Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci yer, 2 nominasiya üzrə 3-cü yerə layiq görülüb: 1. “İllüstrasiya sənəti” nominasiyası üzrə I yer - Vərqa və Gülşa. / Çingiz Fərzəliyev – Bakı, 2021 2. “Elm və təhsil” nominasiyası üzrə I yer – K. Şükürov, Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar. – Bakı: “Elm”, 2020. 3. “Ölkəm” nominasiyası üzrə I yer - Salam Azərbaycan. / Nəşr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanıb – Dubay, IRS Nəşriyyat Evi, 2020. 4. “Qələbə” nominasiyası üzrə II yer - Azərbaycan Böyük Vətən Müharibəsi illərində: 1941-1945: Biblioqrafiya. İki cilddə: V.1 - Azərbaycan dilində; V.2 - rus dilində / Tərtib edən və məsələyə cavabdeh: Kərim Tahirov; elmi red. A.İsmayılova. - Bakı: "Zərdabi-Nəşr", 2020. 5. “Birlikdə nəşr olunub” nominasiyası üzrə II yer - Əliyev Z. “Hophopnamə rənglərin işığında” / Ziyadxan Əliyev; red. A.Xəlilov; red. Idea müəllifi: T.Axundov. - Bakı, 2022. “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 İyun, 2022 10:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |