|
|
Bakıda İƏT turizm nazirlərinin 11-ci sessiyası keçirilir (Yenilənib) - FOTO11:40 Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edib. Konfrans Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev tərəfindən Prezident İlham Əliyevin salamlama mətninin oxunması ilə işinə başlayıb. Görüşdə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdirilib, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı Bəyannaməsi qəbul edilib. 10:34 İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyası keçirilir. Ahlibeyt.az Trend-ə istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Qurani-Kərimdən ayələr oxunub. Bakı Konqres Mərkəzində keçirilən tədbirdə İƏT ölkələrinin turizm nazirləri, turizm assosiasiyalarının rəhbərləri və digər rəsmilər iştirak edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2022 10:34 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
9 Dekabr, 2025 10:56
27 Sentyabr, 2025 11:10
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |