إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistani: “Ərdoğan başqalarını aldada bilər, məni isə yox"

İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, hal hazırda İraqda olan Türkiyəli araşdırmaçı yazar Kənan Çamurcu, "Twitter"dəki səhifəsində türk heyətinin Ayətullah Sistani ilə görüşünün təfərrüatlarını paylaşıb.

Siyasi ixtilaflarda tərəf olmamaq üçün siyasi liderləri qəbul etməyən Sistani, Ərdoğanı qəbul etmiş və regional mövzuları danışmışdılar.

Ərdoğan, Seyyid Sistanidən Ərəb baharı və Bəhreynlə bağlı fikirlərini soruşmuş. Baş verələri necə qiymətləndirdiyini öyrənmək istəmişdi. Ayətullah Sistani Ərəb baharının səbəb olduğu sabitliksizliyə diqqət çəkmiş və bu ölkələrdə hələ nizam-intizamın qurulmadığını Ərdoğana xatırlatmışdı. Sistani, Ərdoğanın Bəhreyn sualına, "Bəhreynlilərin haqqlarını vermək bir tərəfə, heç olmazsa daha əziyyət olunmalarının, zülmə məruz qalmalarının qarşısının alınması təmin olunmalıdır" cavabını vermişdir.

Seyyid Əli Sistani vurğuladı ki, Ərdoğanın Bəhreynlə bağlı israrlı sualı məzhəb ayrıseçkiliyi salmaq üçün idi. Sistani Bəhreyn mövzusuna məzhəb birliyi baxımından baxmadıqlarını söyləyib və Ərdoğanın ona bunu dedirtmək, məzhəbçiliyə çəkmək səyinə maraqlı bir reaksiya verib. Seyyid dedi ki, Ərdoğan ondan məzhəbpərəst cavab almaq istəyirmiş və Ərdoğanın gözləntisinə belə cavab verib: "63 ildir bu mövzularla məşğul oluram!".

Ayətullah Sistani, Türkiyə hökumətindən Fərat və Dəclə sularının daha çox verilməsini istəmişdir: "İraq qurudu, heyvanlar öldü" deyib. Ərdoğan isə söz vermiş, lakin sözünü tutmamışdır. Sistani, Ərdoğan və Davutoğlunun Ərəb ölkələrinə köhnə Osmanlı vilayətləri kimi baxdığını, bunun qəbul edilməz olduğunu dedi.

Sistani, Davutoğlunun "Strateji Dərinlik" kitabını araşdırdığını, onun müsəlman ölkələrə hakim olma fikri daşıdığını söylədi. Seyyid Sistani, ziyarət müddətimizin bitməsinə baxmayaraq Ərdoğan barədə danışdı və onun atdığı addımları qınadı. Ərdoğan, verilmiş şansdan düzgün istifadə edə bilməmişdir. Onun bir siyasi lider olmasına baxmayaraq, Seyyid Sistani fikrini dəyişib onu qəbul etmişdi. Lakin Ərdoğan nəinki bu fürsətdən istifadə edə bilməyib, hətta onu bərbad edib.

Ayətullah Sistani, Ərdoğan və Davudoğlu üçün, "başqaları bəlkə də onların sözlərindən təsirlənə bilər, mən isə yox. Mən 63 ildir bu işlərin içindəyəm!" deyib. Seyyid Sistani, ziyarətimizin sonunda Türkiyə xalqına dua etdiyini söylədi. Müsəlman millətlərin birlik və bərabərliyi üçün də dua etdi.

Xatırladım ki, Seyyid Əmmar Əl-Həkim və Seyyid Muqtəda Əs-Sədrin, rəsmi Ankaranın Malikiyə qarşı rəftarına görə Türkiyəyə gəlməyəcəklər. Seyyid Əmmar, Türkiyədə "Malikiyə qarşı hökumətə dəstək" formasında əks etdirilən ziyarətinə əslində Bəhreyn mömzusunu müzakrə etmək üçün dəvət edilmişdi. Seyyid Əmmar və Seyyid Muqtəda, İraq siyasətinin ən təsirli iki qrupudur. Hər ikisi də Ankaranın mənfi siyasətinə qarşı dəqiq münasibət sərgiləyirlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2012  19:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!