إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan, Türkiyə və İranın nüfuzlu turizm şirkətləri və media nümayəndələrinin iştirak etdiyi “Nuh diyarı – Naxçıvan” infoturu təşkil olunub

Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliği məqsədilə “Nəqşicahan Holdinq”, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə 22-24 iyun tarixlərdə “Nuh diyarı – Naxçıvan” adlı infotur təşkil edilib.

Ahlibeyt.az Ntv.az-a istinadən məlumatına görə,  Turda Azərbaycan, Türkiyə və İranı təmsil edən nüfuzlu media orqanlarının və turizm şirkətlərinin 100-dən çox nümayəndəsi iştirak edib.

Onlar sırasında Azərbaycan və qonşu ölkələrin ən nüfuzlu turizm agentlikləri, bloqçular, Türkiyənin nüfuzlu “Star” və “ATV” telekanalları, “Anadolu” Agentliyi, İran İslam Respublikasının tanınmış turizm şirkətləri və “İrna” Xəbər Agentliyi, eləcə də ölkəmizin “Azad Azərbaycan”, “ARB”, “Space”, “CBC”, “Real TV”, “İctimai”, “Azərbaycan” televiziyalarının, “Report”, “Trend” kimi tanınmış informasiya agentliklərinin nümayəndələri olub.

Qədim diyarda olan qonaqlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın istehsal müəssisələri, mərkəzdə qurulan pavilyonlarda müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri barədə məlumat alıb, yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, avtomobil sənayesi və digər sahələrin məhsulları ilə maraqlanıblar. Sonra Naxçıvan Biznes Mərkəzində keçirilən açılış mərasimi çərçivəsində Azərbaycan, Türkiyə və İranı təmsil edən turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesden biznesə) formatlı görüşlərdə əməkdaşlıq perspektivləri qiymətləndirilib.

İnfotur şərçivəsində Şahbuzun füsunkar gözəllikləri, Batabat yaylağı, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, təbii şəfa mənbəyi Duzdağ Fizioterapiya Mərkəzi , Əlincəqala əzəməti ilə tanış olan tur iştirakçıları təəssüratlarını sosial şəbəkə hesablarında minlərlə izləyiciyə çatdırıblar.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar. Həmin videomaterialı bu linkdən izləmək mümkündür

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 İyun, 2022  11:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!