إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Əli Həsənov: “Belələrinin din “sevgisi” saxtadır"

“Bu gün “Human Rightes Watch”, “Aministy International” kimi beynəlxalq təşkilat və bəzi KİV-lər Azərbaycanı Afrika dövləti hesab edir və düşünür ki, QHT-lərimiz Azərbaycanda onların qabağından qaçmalıdır”.

Lent.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı konfransda deyib. O deyib ki, Azərbaycanda bir çox Avropa ölkəsi ilə müqayisədə insan hüquqları sahəsində daha ciddi addımlar atılıb, əsrin əvvəlində cümhuriyyət yaradılıb, qadınlara səsvermə hüququ verilib, opera yaradılıb. Ə.Həsənov deyib ki, transmilli KİV-lər və bəzi təşkilatlar özləri müstəqil olmadığı halda Azərbaycana damğa vurmağa çalışır: “Ancaq onlar demirlər ki, Ermənistan 20 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, BMT-nin qətnamələrini yerinə yetirmir”.



Əli Həsənov “Eurovision”la bağlı Azərbaycana gələn xarici jurnalistlərə də irad bildirib: “Yazmadılar ki, Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir, Avropanın enerji təminatında rol oynayır. İrandan və digər dövlətlərdən gələn fundamental dini müdaxilələrin qarşısını alır”.


Əli Həsənov deyib ki, dünyanın hər hansı ölkəsindən fərqli Azərbaycanda KİV-lər istədiyini yazır, prezidenti, icra qurumlarının rəhbərlərini tənqid və hətta təhqir edir: “Hansı ölkədə Azərbaycandakı kimi müxalifət belə sərbəst fəaliyyət göstərir? Sərf eləyəndə Azərbaycanı tərəfdaş adlandırırlar, sərf eləməyəndə Avropa qurumları Azərbaycanı hədəf seçir. Avropa nə gündədir? Şərqi Avropada istehsalı dayandırdılar ki, guya kompensasiya verəcəklər. İndi də kompensasiyanı dayandırıblar. Qəddafidən 5 il əvvəl pul alırdılar, 5 il sonra adını diktator qoyub üstünə təyyarə göndərdilər”.


Əli Həsənov bildirib ki, Azərbaycan müxalifəti rəzil və anti-Azərbaycan mahiyyətlidir: “Mən “Eurovision” vaxtı müxalifətin etdiyi hərəkətlərdən sonra Azərbaycan hakimiyyətindən narazı olanların da müxalifətə səs verəcəyinə inanmıram”.

Əli Həsənov vurğulayıb ki, Azərbaycanda bəzi müxalifət qüvvələri hələ də qərbin onları hakimiyyətə gətirəcəyini gözləyir: “Hakimiyyət xalqa söykənməlidir”.


Əli Həsənov qeyd edib ki, İran ruhaniyyətinin bəzi qüvvələrinin Azərbaycana təzyiqləri də yolverilməzdir: “İranda islama səmimi münasibəti olan, dinə və ruhaniyyətə nüfuz gətirən insanlarla yanaşı, çox təəssüf ki, ruhaniyyətdən və dindən sui-istifadə edən, bunu manipulyasiya obyektinə çevirən qüvvələr də var. Belələrinin din “sevgisi” də, ruhaniyyəti də saxtadır. Biz bunu qəbul etmirik. Biz burda “Eurovision” mahnı müsabiqəsi keçiririk, bu, yalnız mədəni tədbirdir, lakin orda yenə də bəziləri deyirlər ki, “siz gey-parad keçirirsiniz”. Bu, artıq bəhanə axtarışıdır”.

Ə. Həsənov Azərbaycan QHT-lərini bu kimi hallara reaksiya verməyə çağırıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 May, 2012  19:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!