|
• DünyadaSrebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün “Sülh yürüşü” keçiriləcəkBosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci il iyulun 11-də başlayan soyqırımından xilas olmaq istəyən bosniyalı vətəndaşların Tuzla şəhərinə getmək üçün istifadə etdiyi meşə yolunda “Sülh yürüşü” təşkil ediləcək. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün iyulun 8-də 18-ci dəfə keçiriləcək yürüşdə beş min nəfərin iştirak edəcəyi gözlənilir. İyulun 11-də isə Srebrenitsa-Potoçari qəbiristanlığında ötən müddət ərzində cəsədlərinin qalıqları aşkarlanan soyqırımı qurbanlarının kütləvi dəfn mərasimi keçiriləcək. Qeyd edək ki, Srebrenitsa soyqırımı İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insan faciəsi olaraq xarakterizə edilir. 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş soyqırımı 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serb millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilib, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn olunub. Faciədən 27 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1000-dək soyqırımı qurbanının cəsədi hələ də tapılmayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyun, 2022 09:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |