|
|
Anar Kərimov: “Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir”Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İranın İslami İrşad və mədəniyyət naziri Mehdi İsmaili ilə görüşüb. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, görüşdə A.Kərimov İran və Azərbaycan arasındakı əlaqələrdə yeni səhifə açılacağına inandığını bildirib. Onun sözlərinə görə, Azərbaycan və İran arasındakı əlaqələr yüksək səviyyədədir və daha da inkişaf edə bilər: “İrana səfərdə məqsəd iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı ilə yanaşı mədəniyyət əlaqələrinin də inkişaf etdirilməsidir. İki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur. Kitab sərgisinin təşkili, ədəbiyyat sahəsində əməkdaşlıq buna nümunədir.” O İranın Azərbaycanın işğaldan azad olmuş ərazilərində xüsusilə Şuşada fəaliyyət göstərməkdə maraqlı olmasını alqışlayıb. O İranın İslami İrşad və mədəniyyət nazirini Azərbaycana səfər etmək üçün dəvət edib. Görüşdə Məhəmməd Mehdi İsmaili iki ölkə arasında olan əlaqələri dostluq və qardaşlıq əlaqələri adlandırıb. Məhəmməd Mehdi İsmailinin sözlərinə görə, əlaqələrin inkişafı baxımından qarşıya çıxan maneələr aradan qaldırılmalıdır. O iki ölkə arasında yaxın gələcəkdə anlaşma memorandumunun imzalanacağını və bunun əlaqələrin inkişafına təkan verəcəyini deyib. Görüş zamanı A.Kərimov İran və Azərbaycan arasında müştərək mədəniyyət mərkəzlərinin yaradılması zərurətindən danışıb: “İranın mədəniyyət mərkəzinin Bakıda fəaliyyətindən məmnunuq. İstərdik ki, Azərbaycanın İranda mədəniyyət mərkəzi təsis olunsun və fəaliyyət göstərsin. O, 2024-cü ildə Şuşa şəhərinin İslam paytaxtı kimi təqdim olunacağını bildirib. Çünki bu Şuşa şəhərinin daha da tanıdılmasına zəmin yaradacaq”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 İyun, 2022 09:49 ⁄ Çap
Bu bölmədə20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür |
Xəbər lenti
18 Fevral, 2026 19:17
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |