|
MEDİA fərdi jurnalist müsabiqəsi elan edib - ŞƏRTLƏRMedianın İnkişafı Agentliyi (MEDİA) fərdi jurnalist müsabiqəsi elan edib. Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir. Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir. Müsabiqəyə təqdim edilən materiallar: Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı ictimai-siyasi təhlil; – ən yaxşı sosial-iqtisadi təhlil; – ən yaxşı müsahibə; – ən yaxşı mədəniyyət materialı; – ən yaxşı köşə yazısı; – ən yaxşı jurnalist araşdırması; – ən yaxşı oçerk. Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı iqtisadi reportaj; – ən yaxşı sosial reportaj; – ən yaxşı mədəniyyət reportajı; – ən yaxşı idman reportajı. Qiymətləndirmə: Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir. Mükafatlandırma: Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır. Müsabiqəyə müraciət qəbulu 01 iyul 2022-ci il saat 18:00-dək davam edəcək. MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2022 13:35 ⁄ Çap
Bu bölmədə6 İyun, 2025 Qurban bayramınız mübarək31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |