|
|
Aİ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını qəti şəkildə dəstəkləyirAvropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasını və əməkdaşlığın əsasının qoyulmasını gəti şəkildə dəstəkləyir. Ahlibeyt.az-n xəbərinə görə, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter“ hesabındakı paylaşımında belə qeyd edib. O, Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun olduğunu vurğulayıb: Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı "Ermənistanla müsbət dinamikanın ardınca “indi sülhün bərqərar olunmasının, əməkdaşlığın əsasının qoyulmasının və “praktiki icraya keçilməsinin vaxtıdır” bəyanatını oxumaqdan məmnun oldum. Avropa İttifaqı bunu qəti şəkildə dəstəkləyir”, - deyə Klaar qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
20 İyun, 2022 10:19 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |