|
|
“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfransa məruzə qəbul olunurAMEA Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfransa məruzə qəbul olunur. Ahlibeyt.az-ın xəbərinə görə, Elm Tarixi İnstitutundan AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-də keçiriləcək konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilərlər. Konfransa texniki elmlərin və mühəndislik fəaliyyətinin tarixi və metodologiyası, elm və texnika abidələri, tarixşünaslıq və mənbəşünaslıq, müasir dövrdə elmi diplomatiyanın rolu, elm tarixində bioqrafik tədqiqatlar: metodoloji və mənbə təhlilinin xüsusiyyətləri, postsovet məkanında beyin axını və mobillik, elm tarixində qadınların rolu, Elmlər akademiyalarının və elmi müəssisələrin tarixi, təbiət və dəqiq elmlər tarixi, elmmetrik tədqiqatlar, elmin sosioloji problemləri, yeni elmi istiqamətlərin sosial tədqiqi və intellektual elitaların formalaşma mexanizmi, elm və təhsildə innovativ proseslər istiqamətləri üzrə məruzələr qəbul olunur. Konfransda iştirak üçün məqalə və tezislər Azərbaycan, türk, rus və ingilis dillərində sentyabrın 5-dək jhsss.hs.anas@gmail.com elektron poçt ünvanına təqdim edilməlidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 İyun, 2022 11:38 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |