إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ-ın NATO-dakı səfiri: Qərbin Kiyevin silah tələblərini yerinə yetirməsi getdikcə çətinləşir

Qərb ölkələri Ukrayna hakimiyyətini silahla təmin etməkdə çətinlik çəkir. Bəzi dövlətlər silah ehtiyatlarını tükəndirməyə yaxındırlar.

Ahlibeyt.az TASS"a istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit Vaşinqtonda Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin konfransında çıxışı zamanı bildirib.

"Biz demək olar ki, hər gün Kiyevdən gələn müraciətlərin dəyişən siyahısına nəzər yetiririk. Bizə saysız müraciətlər edilir və müttəfiqlərimizlə birlikdə onlardan kimin nəyi təmin etməyə hazır olduğunu müəyyən etməyə çalışırıq. Bu çox çətindir, sorğular davamsız dəyişir. İlkin olaraq  hava hücumundan müdafiə sistemləri haqqında danışırdırdıq. Zaman keçdikcə biz döyüş sursatını, artilleriya çatışmazlığının müzakirəsinə keçdik. Sonra məlum səbəblərə görə diqqətimizi böyük ölçüdə sahil müdafiəsi vasitələrinə cəmlədiyimiz dövr oldu. İndi zirehli texnika məsələsini nəzərdən keçiririk", deyə Smit bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr əllərində olan bütün vastələri göndəriblər.

"Bir sıra ölkələr ehtiyatların tükənməsindən narahatlığını ifadə etməyə başlayıblar", deyə Smit əlavə edib.

Səfir bildirib ki, bəzi ölkələr maliyyə yardımına keçmək qərarına gəliblər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2022  10:27 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!