إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Günahdan çəkinməyin təsiri

«Nisa» surəsinin 31-ci ayəsində Allah-təala buyurur:

اِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيّئاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلاً كَرِيماً

"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzilə çatdırarıq.»

«Kəhf» surəsinin 49-cu ayəsində oxuyuruq:

وَوُضِعَ الْكِتابُ فَتَرَى الُْمجْرِمِينَ مُشْفِقِينَ مِمّا فِيهِ وَيَقُولُونَ يا وَيْلَتَنا ما لِهذا اَلْكِتابِ لا يُغادِرُ صَغِيرَة وَلا كَبِيرَةً اِلاّ اَحْصاها

«(Qiyamət günü hər kəsin) əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd! O zaman) günahkarların orada yazılmış öz pis əməllərindən (onlara görə veriləcək cəzadan) qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: «Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!» Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!»

Yenə də Allah-təala «Nəcm» surəsinin 32-ci ayəsində buyurur:

الَّذينَ يَجْتَنِبُونَ كَبائِرَ الاِْثْمِ وَالْفَواحِشَ

«O yaxşılıq edənlər ki, kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan, çirkin əməllərdən çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!»

«Şura» surəsinin 37-ci ayəsində də oxuyuruq:

وَالَّذِينَ يَجْتَنِبُونَ كَبائِرَ الاْثْمِ وَالْفَواحِشَ

«O kəslər üçün ki, böyük günahlardan və rəzil işlərdən çəkinər, (birinə) qəzəbləndikləri zaman (onu) bağışlayarlar.»

Günahın azğınlıqla edilməsi onun böyük günaha çevrilməsinə səbəb olur

«Naziat» surəsinin 37-38-ci ayələrində oxuyuruq:

وَاَمّا مَنْ طَغى وَآثَرَ الْحَياةَ الدُّنْيا فَاِنَّ الْجَحِيمَ هِيَ الْمَأوى

«Azğınlıq (tüğyan) edən və dünya həyatını axirətdən üstün tutan şəxsin yeri şübhəsiz ki, cəhənnəmdir».

Kiçik günahı aşkarda etmək həmin günahın böyük günaha çevrilməsinə gətirib çıxarır. Bu iş həm günahkar şəxsin Allah qarşısında qorxmazlığından xəbər verir, həm də cəmiyyətdə günahın əxlaqi dəyərləri məhv etməsinə səbəb olur. Bunun nəticəsində isə günah etmək adi hala çevrilir.

Həzrət Əli (ə) buyurur:

اِيّاكَ وَالُمجاهَرَةَ بِالْفُجُورِ فَاِنَّهُ مِنْ اَشَدِّ الْمَآثِمِ اِيّاكَ وَالُمجاهَرَةَ بِالْفُجُورِ فَاِنَّهُ مِنْ اَشَدِّ الْمَآثِمِ

«Aşkarda günah etməkdən çəkin. Çünki bu iş ən böyük günahlardan biridir.»(Qürərül-hikəm, 1-ci cild, 151-ci səh.)

Bu haqda başqa bir hədisdə imam Riza (əleyhissəlam) buyurur:

اَلْمُسْتَتِرُ بِالْحَسَنَةِ يَعْدِلُ سَبْعِينَ حَسَنَةً، وَالْمُذِيعُ بِالسَّيِّئَةِ مَخْذُولٌ

«Yaxşı işini camaatdan gizlədən şəxsin savabı 70 bərabərdir. Aşkarda günah edən şəxs isə xalq arasında xar olacaqdır».

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2022  15:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!