إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi: Rəsmi Moskva Taliban hakimiyyətini tanıya bilər

“Taliban hökumətinin tanınması ehtimal var. Məsələ ilə bağlı şərait və vəziyyəti Rusiya prezidenti, həm də Rusiya xarici işlər naziri müəyyənləşdirəcək.”

Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Rusiya dövlət televiziya kanalına bildirib.

O, həmçinin Talibanı tanımaq məsələsində Rusiyanın ABŞ və digər ölkələrin izi ilə getməyəcəyini vurğulayıb və əlavə edib ki, Taliban Rusiya ilə əməkdaşlıq etməyə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun işləməyə hazırdır.

Kabulov əlavə edib ki, Taliban hökumətinin Rusiyadan əmtəələr tələb etməsinə cavab olaraq Vladimir Putin Əfqanıstana taxıl satışı imkanlarını qoruyub saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Rusiya Taliban hakimiyyətə gələndə Kabildəki səfirliyini bağlamayan azsaylı ölkələrdən biri idi.

Taliban ötən ilin avqustunda gözlənilməz bir hərəkətlə Əfqanıstanda hakimiyyəti ələ keçirdi. On ay keçməsinə baxmayaraq heç bir ölkə Taliban hökumətini tanımayıb. Taliban hökumətinə yaxın iki ölkə olan Pakistan və Qətər dünyanın digər dövlətlərini Talibanla münasibətləri qurmağa, əlaqələr yaratmağa və onu tanımağa çağırırlar.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyun, 2022  14:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!