|
• DünyadaPakistanın Baş naziri Hindistan hakimiyyətinin müsəlmanlara təzyiqini pisləyibPakistanın Baş naziri Şahbaz Şərif Hindistan hökumətini Məhəmməd Peyğəmbərin olunmasına etiraz edən müsəlmanlara göstərilən təzyiqə görə tənqid edib. Ahlibeyt.az Report-a istinadən xəbər verir ki, Baş nazir bu barədə tviter səhifəsində yazıb. O, qeyd edib ki, Hindistan müsəlmanları qorxutmaq üçün repressiv və qəddar dövlət aparatından istifadə edir. Onun sözlərinə görə, Hindistan hakimiyyəti müsəlmanları cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatından daha da sıxışdırmağı planlaşdırır. Hindistanda ötən həftə Məhəmməd Peyğəmbərin ünvanına təhqirlərə görə vəziyyət gərginləşib. Uttar Pradeş ştatının baş naziri Yoqi Adityanatx etirazlarda iştirak edən müsəlmanların evlərini "qanunsuz tikililər" adlandıraraq sökülməsini əmr edib. Bundan sonra 3 müsəlmanın evi buldozerlərlə sökülüb. Uttar Pradeş ştatının müxtəlif ərazilərində keçirilən etiraz aksiyalarında iştirak edən 300-dən çox insan saxlanılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2022 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |