|
• DünyadaHindistanda Məhəmməd peyğəmbərə(s) qarşı təhqirlərə görə iğtişaşlar səngimirHindistanın şimalındakı Uttar Pradeş ştatında Hindistanın hakim "Bharatiya Janata" Partiyasının iki nümayəndəsinin İslam dini və Məhəmməd Peyğəmbər (s) haqqında açıq şəkildə təhqiramiz ifadələr səsləndirməsi ilə bağlı etirazlar davam edir. SalamNews bu barədə "AA"ya istinadən xəbər verir. Ştatda etirazlar ötən gün başlayıb. Sosial şəbəkələrdə iki polis əməkdaşının doqquz müsəlman gənci dəyənəklə döydükləri görüntüləri yayılıb. Hindistanın NDTV telekanalının məlumatına görə, görüntüləri BJP-dən Uttar Pradeş millət vəkili Şalabh Mani Tripathi "Twitter"də paylaşıb. Görüntülər iyunun 10-da Saharanpur şəhərinin polis bölmələrindən birində lentə alınıb. Sosial şəbəkə istifadəçiləri görüntüləri paylaşaraq baş verən hadisələrdə ölkənin baş naziri Narendru Modini günahlandırıblar. Eyni zamanda, Uttar Pradeş ştatının keçmiş baş naziri Axileş Yadav videoya münasibət bildirərkən qeyd edib ki, bu cür hadisələr ictimaiyyətin ədliyyə sisteminin ədalətliliyinə inamını sarsıda bilər. Yadav Uttar Pradeşin aşağı Dalit kastalarının üzvlərinə qarşı insan haqları pozuntuları və sui-istifadələrə görə birinci yerdə olduğuna diqqət çəkib. Uttar Pradeş ştatında etirazlar başlayandan bəri 300 nəfər saxlanılıb. Son günlər Məhəmməd peyğəmbərin (s) ünvanına təhqiramiz ifadələrlə bağlı iğtişaşlar Hindistanın digər ştatlarında da baş verib. Hindistanın şərqindəki Carkhand əyalətində polis etirazları dağıtmaq üçün havaya atəş açıb, nəticədə iki nəfər ölüb. Müsəlmanlar arasında etirazlar və iğtişaşlar hakim Bharatiya Janata Partiyasının iki nümayəndəsi Nupur Şarma və Naveen Kumar Cindalın televiziya debatları zamanı Məhəmməd peyğəmbərin (s) ünvanına təhqiramiz ifadələr səsləndirməsindən sonra başlayıb. İğtişaşlar fonunda Şarma dərhal vəzifəsindən uzaqlaşdırılıb və partiyadan xaric edilib. Polis Şarmaya cinayət işi açıb. Cindal da partiyadan xaric edilib. Nəticədə Şarma "Twitter"də müsəlmanlardan üzr istəyib və heç kimin hisslərini incitmək niyyətində olmadığını qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2022 10:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |