إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraqda siyasi böhran: Sədrin tərəfdarları istefa verdi

İraqda siyasi böhran getdikcə dərinləşir, Sədrin tərəfdarları istefa verib

bilməyiblər.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews İraq mətbuatına istinadən xəbər verir ki, ötən il İraqda keçirilən Parlament seçkilərindən sonra öndə gedən siyasi cinahlar hələ də hökumət formalaşdıra bilməyiblər.

Müqtəda Sədrin çağırışlarından sonra onun liderlik etdiyi “Kutlət Sədr” siyasi cinahının parlamentdəki bütün nümayəndələri istefalarını spiker Məhəmməd əl-Halbusiyə təqdim ediblər.

Bundan öncə Müqtəda Sədr hökuməti formalaşdıra bilməmiş, missiyanın yerinə yetirilməsini digər siyasi cinahlara həvalə etdiyini bildirmiş və müxalifət çərgəsinə keçəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

Məlumata görə Sədrin liderlik etdiyi siyasi cinahın tərkibində parlamentdə yer alan 73 nümayəndənin hamısı artıq istefalarını təqdim ediblər.

Müqtəda Sədrin ofisindən bildirilib ki, bu addım, “vətən uğranda fədakarlıq etmək, onu naməlum və qeyri-müəyyən gələcəkdən xilas emək məqsədi daşıyır.”

Qeyd edək ki, İraqda siyasi cinahlar yeni prezidentin kimliyinin müəyyənləşdirilməsi və seçilməsi məsələsində də razılığa gələ bilməyiblər.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2022  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!